ABŞ-ın İsraildəki səfirliyi cümə gününə qədər bağlı olacaq

96

ABŞ-ın İsraildəki səfirliyi İsrail-İran münaqişəsinin kəskinləşməsi ilə əlaqədar çərşənbə günündən cümə gününə qədər bağlı olacaq.

Bu barədə səfirlik məlumat yayıb.

Səfirliyin bəyanatında deyilir: “Mövcud təhlükəsizlik vəziyyəti və İsrail ilə İran arasında davam edən münaqişə ilə əlaqədar ABŞ səfirliyi bütün ABŞ dövlət işçiləri və onların ailə üzvlərinə növbəti bildiriş gələnə qədər öz iqamətgahlarında və yaxınlıqdakı sığınacaqlarda qalmağı tapşırıb”.

Səfirlik bildirib ki, Qüdsdəki səfirliklə yanaşı, Tel-Əvivdəki konsulluq xidmətləri də cümə gününə qədər bağlı olacaq.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
“İranın İsrail dövlət terroruna qarşı özünü müdafiə etmək üçün təbii haqqı var”- Rəcəb Tayyib Ərdoğan
Öncəki yazı
Media: İran İsrailə ballistik raketlər atıb