“The Times of Israel” yazır ki, İran İsrailə raket zərbələri endirib.
İsrailin şimalında və Hayfa şəhərində hava hücumu siqnalları eşidilib.
İsrail Müdafiə Qüvvələri hava hücumundan müdafiə vasitələrinin raketlərin qarşısını almaq üçün çalışdığını bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.
Daha sonra Fövqəladə Hallar Nazirliyi raket hücumu nəticəsində xəsarət alan olmadığını bildirib.