ABŞ və Çin arasında ticarət danışıqlarının baş tutacağı tarix və məkan məlumdur

57

ABŞ və Çin arasında ticarət danışıqları iyunun 9-da Londonda keçiriləcək.

ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Londonda keçiriləcək danışıqlarda ABŞ nümayəndə heyətinə maliyyə naziri Skot Besant, ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qri başçılıq edəcək.

“Görüş çox yaxşı keçməlidir”, – Donald Tramp bildirib.

Çin Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin baş nazirinin müavini He Lipeng ABŞ-la iqtisadi və ticarət məsləhətləşmələri üçün Londona gələcək.

Xatırladaq ki, ötən ay ABŞ və Çin nümayəndə heyətləri görüşmüşdü. Cenevrədə keçirilən danışıqlarda tərəflər bir-birinə tətbiq edilən tariflərin azaldılması ilə bağlı 90 günlük razılığa gəliblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Rusiyanın dörd hava limanı təhlükəsizliyi təmin etmək üçün fəaliyyətini dayandırıb
Öncəki yazı
Millətlər Liqasının qalibi bu gün bəlli olacaq