Baş nazir İrakli Kobaxidze müsəlman icmasını Qurban bayramı münasibətilə Cümə Məscidində təbrik edib

70

Gürcüstanın baş naziri İrakli Kobaxidze müsəlman icmasını Qurban bayramı münasibətilə Cümə Məscidində təbrik edib.

Görüşdə ölkənin hər bir bölgəsindən müsəlmanlar iştirak ediblər. Baş nazir ilə görüşə dəvət olunanlar arasında Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media kollektivi də olub.

Məscidə toplaşan müsəlman camaatını Qurban bayramı münasibətilə Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Şərqi Gürcüstanın müftisi Etibar Eminov və Gürcüstan Müsəlmanlarının Şeyxi Faiq Nəbiyev təbrik ediblər və göstərilən diqqətə görə öz təşəkkürlərini bildiriblər.

Baş nazir müsəlman icmasının ölkənin inkişafına mühüm töhfələrindən danışıb və dövlətin gələcəkdə də onlara dəstəyini davam etdirəcəyini qeyd edib.

“Ölkəmiz həm milli, həm də dini müxtəlifliyi ilə fəxr edir. Biz aramızda qurulan əlaqələr və dostluqdan çox qürur duyuruq. Biz buna çox diqqət yetiririk və bundan sonra belə olacaq. Siz ölkəmizin tərəqqisinə və inkişafına böyük töhfə verirsiniz və buna görə sizə dərin təşəkkürümü bildirirəm”, -deyə baş nazir bildirib.

Biz də öz növbəmizdə Gürcüstan Azərbaycanlıları Konqresi QafqazTürk Media ailəsi olaraq, Baş nazirə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildiririk.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bolnisi bələdiyyəsinin Naxiduri ictimai məktəbində uşaqlar üçün maarifləndirici tədbir keçirilib
Öncəki yazı
Gürcüstan həbsxanalarında Qurban bayramı münasibətilə sovqat göndərmək mümkün olacaq