Yeni Baş prokuror Prokurorluq Şurasının təqdimatı əsasında parlament tərəfindən seçiləcək

44

Yeni Baş prokuror Prokurorluq Şurasının təqdimatı əsasında parlament tərəfindən seçiləcək. Onun seçilməsi üçün parlamentin bütün tərkibinin əksəriyyətinin – azı 76 deputatın dəstəyi lazımdır. Baş prokuror 6 il müddətinə seçilir.

Parlament prosedurundan əvvəl Prokurorluq Şurasında proses başlayacaq.

“Prokurorluq haqqında” qanuna uyğun olaraq, Baş prokurorun səlahiyyət müddətinin başa çatmasına ən geci 6 ay qalmış, səlahiyyət müddətinə vaxtından əvvəl xitam verildikdə isə dərhal Prokurorluq Şurası elmi dairələr, vətəndaş cəmiyyəti nümayəndələri və hüquq mütəxəssisləri ilə Baş prokuror vəzifəsinə namizədlərin seçilməsi üçün bir aylıq məsləhətləşmələrə başlayır.

Məsləhətləşmələr nəticəsində Prokurorluq Şurası Baş prokuror vəzifəsinə ən azı 3 namizədi seçir, onların da ən azı üçdə biri fərqli cins nümayəndəsi olmalıdır.

Baş prokuror vəzifəsinə namizədlər Prokurorluq Şurasının iclasında ayrıca səsə qoyulur. Səsvermə gizli olur. Ən çox səs toplayan, ancaq Prokurorluq Şurasının tam tərkibinin ən azı üçdə ikisinin səsini toplamış namizəd seçilmiş sayılır. İki və ya daha çox namizəd bərabər sayda səs topladıqda, Prokurorluq Şurası sədrinin səsi həlledici sayılır. Namizədlərdən heç biri lazımi sayda səs toplaya bilmədikdə, ən yaxşı nəticə göstərən iki namizəd arasında seçkilərin ikinci turu keçirilir. Bu dəfə namizədlərdən heç biri Prokurorluq Şurasının tam tərkibinin azı üçdə ikisinin dəstəyini almadıqda, Prokurorluq 1 həftə müddətində eyni qaydada digər namizədləri seçir.

Prokurorluq seçilmiş namizədi müvafiq əsaslandırma ilə Parlamentə təqdim edəcək.

Xatırladaq ki, baş prokuror Qiorqi Qabitaşvilini baş auditor vəzifəsinə parlament sədri Şalva Papuaşvili təqdim edib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Tbilisidə mübahisə zəmnində 3 nəfər soyuq silahla yaralanıb
Öncəki yazı
Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-a girişini tamamilə qadağan edən sərəncam imzalayıb