Tbilisidə Təhsil, Elm və Gənclər naziri Aleksandre Tsuladze ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, eləcə də Azərbaycan parlamentinin komitə sədrləri iştirak ediblər.
Tərəflər təhsil və gənclər sahəsində əməkdaşlığın inkişafı, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Aleksandre Tsuladze görüş zamanı bildirib ki, 2025-ci ilin sentyabr ayında Azərbaycanda keçiriləcək beynəlxalq təhsil konfransında iştirak etmək üçün Azərbaycana rəsmi səfər edəcək. Eyni zamanda o, Gürcüstan və Azərbaycan arasında təhsil sahəsində birgə fəaliyyətlərin koordinasiyası məqsədilə işçi qrupun yaradılacağını da vurğulayıb.
Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Baya Kvitsiani bu istiqamətdə nazirə müvafiq təkliflərlə müraciət edib.
Görüş əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Görüşdə ölkəmizin Təhsil, Elm və Gənclər naziri Aleksandre Tsuladze, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bir-birilərinə qarşılıqlı hörmət və dostluğun ifadəsi olaraq xatirə hədiyyələri təqdim ediblər.