“Türk” adının qədimliyinə dair

109

Özbəkistanın paytaxtı Daşkənd şəhəri ətrafında aparılan arxeoloji qazıntılar zamanı VI əsrə aid olduğu ehtimal edilən və üzərində “Türk-Kağan” ifadəsi olan Göktürk sikkələri tapılıb. Tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən sikkələr, türk adının ilk dəfə sikkə üzərində qeyd olunduğu sənəd kimi tarixə düşə bilər!

Ən maraqlı nümunələrdən ikisi isə “Türk-Kağan” ifadəsi ilə zərb olunmuş sikkələrdir.

Bu sikkələr VI əsrin sonu – VII əsrin əvvəllərinə aiddir və Göktürk dövrünün Yabqu-Kağanlıq mərhələsinə işarə edir. “Türk” adının bu qədər erkən dövrdə, sikkə üzərində qeyd olunması, Orxon kitabələrindən (VIII əsr) təxminən 150 il əvvəlki dövrə aiddir. Bu isə “türk” adının daha qədim yazılı mənbədə mövcud olduğunu sübut edir!

Orxon abidələri 730-cu illərə aiddirsə, bu sikkələr 580 – 610-cu illərə gedib çıxır. Bu, türk etnos adının tarixini 1500 ilə qədər geri aparır.

Sikkə eyni zamanda Göktürklərin tamamilə köçəri olmadığını, onların arasında oturaq həyat sürən və şəhərlərdə məskunlaşan icmaların olduğunu göstərir. Bu isə türk tarixi ilə bağlı bəzi yayğın stereotiplərin yenidən qiymətləndirilməsinə səbəb ola bilər.

“Turkic World” saytının materilları əsasında hazırladı:

Mustafa Sədi oğlu

Sonrakı yazı
5 iyun tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Donald Tramp NATO sammitində iştirak edəcək