Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Gürcüstanın təqdim etdiyi qətnaməni qəbul edib

70

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Gürcüstanın təqdim etdiyi qətnaməni görünməmiş dəstəklə qəbul edib. İşğal olunmuş ərazilərdən məcburi köçkünlərin statusu haqqında sənədi 107 ölkə dəstəkləyib.

Qətnamədə Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş regionlarında zorla həyata keçirilən demoqrafik dəyişikliklər pislənir, məcburi köçkünlərin etnik mənsubiyyətindən asılı olmayaraq öz evlərinə ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmaq hüququ təsdiqlənir, onların mülkiyyət hüquqlarına hörmət və mühafizə olunmasının zəruriliyi vurğulanır.

 

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Donald Tramp NATO sammitində iştirak edəcək
Öncəki yazı
Tbilisidə “İqlim Diplomatiyası: COP29 Mirası” adlı tədbir keçirilib