İstanbulda Rusiya və Ukrayna arasında baş tutan danışıqlar başa çatıb

83

Rusiya mətbuatı xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başa çatıb.

İclası ev sahibi olan Türkiyənin xarici işlər naziri Hakan Fidan açıb.

“Bu gün bu görüşdə atəşkəslə bağlı hər iki tərəfin perspektiv və baxışlarını qiymətləndirəcəyik, həmçinin humanitar təşəbbüsləri və liderlərin mümkün görüşünə hazırlıqları müzakirə edəcəyik”, – deyə Hakan Fidan bildirib.

Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov başçılıq edir. Nümayəndə heyətinin tərkibinə Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksandr Bevz, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin müavini Aleksandr Dyakov, Ukrayna xarici işlər nazirinin birinci müavini Seraey Kislitsa və başqaları da daxildir.

Rusiya nümayəndə heyətinin tərkibi əvvəlki danışıqlar raundunda olduğu kimidir. Nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.

 

 

Sonrakı yazı
3 iyun tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Polşanın yeni prezidenti bəlli oldu