Tbilisinin Saburtalo rayonunda yaralama hadisəsi qeydə alınıb. Hadisə Otar Çiladze küçəsində baş verib.
Orta yaşlı kişi soyuq silahla bıçaqlanıb.
Hələlik əlavə təfərrüatlar məlum deyil.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 118-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə araşdırma aparılır.