İrakli Kobaxidze Ailə müqəddəsliyi və valideynlərə hörmət gününə həsr olunmuş yürüşdə iştirak edib

124

“Biz ənənəvi dəyərlərimizin qayğısına qalmalıyıq və bugünkü bayram və tədbir də buna həsr olunub”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Ailə müqəddəsliyi və valideynlərə hörmət gününə həsr olunmuş yürüşdə jurnalistlərə bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, bu gün bütün mahiyyəti ilə təntənəli gündür.

“Bu günü hər il qeyd etməyimiz çox vacibdir. Biz ənənəvi dəyərlərimizin qayğısına qalmalıyıq və bugünkü bayram və  tədbir də buna həsr olunub”, – deyə İrakli Kobaxidze vurğulayıb.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Putin yeni fərman imzalayıb, bu şəxslər…
Öncəki yazı
“Qaxariya ayın sonunda yerli seçkilərdə iştirak edəcəyini açıqlamaq niyyətindədir”- İrakli Kobaxidze