Axtarış-xilasetmə əməliyyatı çərçivəsində Kür çayında iki nəfərin cəsədi tapılıb

83

Kür çayında xilasedicilər axtarış-xilasetmə əməliyyatı çərçivəsində avtomobil və iki nəfərin cəsədini aşkar ediblər.

Fövqəladə İdarəetmə Xidmətindən məlumatı təsdiqləyiblər.

İtkin düşmüş dahs bir şəxsin tapılması üçün xilasetmə əməliyyatı davam edir.

Xilasedicilər avtomobili bu gün səhər saatlarında Kür çayının yatağında suyun səviyyəsinin süni şəkildə azalması nəticəsində tapıblar.

Məlumat üçün bildirək ki, mayın 14-də səhər saatlarında içərisində 4 sərnişin olan avtomobil Kür çayına düşüb. Xilasedicilər qısa müddətdə bir nəfəri sudan çıxarıblar.

Polis qəzada günahkar sayılan 23 yaşlı gənci də həbs edib.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Vladimir Zelenski Türkiyədədir
Öncəki yazı
15 may tarixinə olan valyuta məzənnəsi məlumdur