Kobuleti meri Levan Zoidze istefa verib

52

Kobuleti şəhərinin meri Levan Zoidze istefa verib. Bu barədə Levan Zoidze sosial şəbəkədə yazıb.

Bununla belə, o, “Gürcü arzusu” komandasının sadiq üzvü olaraq qaldığını bildirib.

“Mən Kobuleti meri vəzifəsini tərk etmək qərarına gəldim. Bu şəhərə rəhbərlik etmək və onun vətəndaşlarının ehtiyaclarını bacardığım qədər ödəmək mənim üçün böyük məsuliyyət idi.

Kobuleti xalqına dəstək və sədaqətlərinə görə təşəkkür edirəm. Həmçinin rayonumuz üçün daha yaxşı gələcək yaratmaq üçün yanımızda olan insanlara minnətdaram.

“Gürcü Arzusu”na xüsusi təşəkkürümü bildirmək istərdim və təbii ki, bu komandanın sadiq üzvü olaraq qalıram”, – Zoidze yazıb.

Maraqlıdır ki, dünən Batumi meri Arçil Çikovani də istefa verib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
15 may tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Borçalının Yusif Yusifli zirvəsi