PKK terror təşkilatı özünü ləğv etdiyini və Türkiyəyə qarşı silahlı mübarizə dövrünün sona çatdığını elan etdi.
Təşkilat tərəfindən verilən açıqlamada PKK-nın artıq öz missiyasını tamamladığı vurğulanıb.
9 may tarixində verilən açıqlamada, paralel şəkildə keçirilən iki fərqli konqresdə “Abdullah Öcalanın çağırışı əsasında tarixi qərarlar alındığı” qeyd edilmiş və nəticələrin tezliklə ictimaiyyətlə paylaşılacağı bildirilmişdi.
PKK-nın açıqlamasında belə deyilir: “PKK-nın Fövqəladə 12-ci Konqresi, PKK-nın xalqımız üzərindəki inkar və məhvetmə siyasətini parçalayaraq Kürd problemini demokratik siyasət yolu ilə həll etmə nöqtəsinə gətirdiyini və bu baxımdan PKK-nın tarixi missiyasını tamamladığını bildirib. Bu əsasda PKK 12-ci Konqresi, praktiki prosesin Lider APO tərəfindən idarə olunması və həyata keçirilməsi şərti ilə PKK-nın təşkilati strukturunun ləğv edilməsi və silahlı mübarizə metodunun dayandırılması qərarlarını qəbul edərək PKK adı ilə aparılan fəaliyyətləri dayandırdı.”