ABŞ dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək.
Dövlət Departamentinin məlumatına görə, Rubio NATO xarici işlər nazirlərinin mayın 14-16-da Antalyada keçiriləcək qeyri-rəsmi toplantısına qatılaraq alyansın təhlükəsizlik prioritetlərini, o cümlədən müttəfiqlərin müdafiə investisiyalarının artırılması və Rusiya-Ukrayna müharibəsinə son qoyulması məsələsini müzakirə edəcək.
ABŞ Dövlət Departamentinin məlumatına görə, dövlət katibi Marko Rubio mayın 11-14-də prezident Donald Trampla Səudiyyə Ərəbistanı və Qətərə səfər edəcək.