Faşizm üzərində qələbədən 80 il ötür…

30

Bu gün 9 may faşizm Üzərində Qələbə Günü qeyd olunur. Faşizm üzərində qələbədən 80 il ötür. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə azərbaycanlı bu qələbə naminə canından keçib.

1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb.

Müharibədə 600 mindən çox azərbaycanlı oğul və qızın amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün örnək olaraq qalır.

Bu müharibədə Gürcüstanın əməyi də danılmazdır, 300 mindən çox əsgər canından keçmişdir.

İkinci Dünya Müharibəsində göstərilən qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir.

İkinci Dünya Müharibəsinin veteranları bizim fəxrimizdir. Həyatda olanlara can sağlığı, dünyasını dəyişənlərə isə rəhmət diləyirik.

 

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
19 yaşlı qızın nəşi çaydan tapılıb
Öncəki yazı
9 may tarixinə olan valyuta məzənnəsi məlumdur