Kompüter texnologiyalarının öyrənilməsi həm ibtidai, həm də baza səviyyəsində şagirdlər üçün məcburi olacaq, – Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Aleksandre Tsuladze müsahibəsində bildirib.
Nazir təhsil sistemində islahatların aparılması ilə bağlı 4 illik plandan danışıb.
Onun sözlərinə görə, dəyişiklik 2025-ci ilin sentyabrında qüvvəyə minəcək.
“İndiyədək komputer texnologiyası yalnız ibtidai səviyyədə tədris olunurdu. 2025-ci ilin sentyabrından biz kompüter texnologiyasının tədrisi üçün yeni standartı təsdiq etdik və kompüter texnologiyasının öyrənilməsi həm ibtidai, həm də baza səviyyələrində bütün şagirdlər üçün məcburi olacaq”, – Aleksandr Tsuladze bildirib.