İsraildə fövqəladə vəziyyət elan edilib, səbəb isə…

60

İsrail son on ildə ən böyük meşə yanğını ilə mübarizə apardığı üçün ölkədə fövqəladə vəziyyət elan edilib. Yanğın Qüdsə də çata bilər və bu, ölkənin baş nazirinin milli fövqəladə vəziyyət elan etməsinə səbəb olub.

Yanğının söndürülməsinə hərbçilər cəlb olunub. Qüdsü əhatə edən magistral yollarda tüstülənmə yüzlərlə sürücünün təhlükəsizliyini sual altına qoyur.

Yanğınlarla əlaqədar 23 vətəndaşa tibbi yardım göstərilib – onların əksəriyyətinin tənəffüs yolları yanıb. Xəsarət alanlar arasında iki hamilə qadın və iki körpə uşaq da var.

Kateqoriya: Dünya
Sonrakı yazı
Hindistan hava məkanını Pakistan üçün tamamilə bağlayıb
Öncəki yazı
1 may tarixinə olan valyuta məzənnəsi məlumdur