Mixail Kavelaşvilinin Ermənistan Respublikasına rəsmi səfəri başlayıb

21

Ermənistan Respublikasına rəsmi səfər başlayıb.

Mətbuat xidmətinin məlumatına görə, “Zvartnots” beynəlxalq hava limanında qarşılanma mərasimi olub. Mixail Kavelaşvilini hava limanında Ermənistan Respublikasının baş nazirinin müavini Tiqran Xaçaturyan qarşılayıb.

“Səfər zamanı Gürcüstan prezidenti erməni həmkarı Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla yüksək səviyyəli görüşlər keçirəcək. O, ermənilərin katolikosu II Qareginlə də görüşəcək.

O, Ermənistan Respublikasında Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, Gürcüstan parlamenti sədrinin birinci müavini Qiorqi Volski, deputatlar Samvel Manukyan və Sumbat Kyureghiani də daxil olmaqla nümayəndə heyəti ilə səfərdədir”, – məlumatda deyilir.

Sonrakı yazı
“Mən Gürcüstan və Ermənistanın ölkələrimizin rifahı naminə qardaşlıq, dostluq və əməkdaşlığı davam etdirmək istəyi və buna hazır olduğumu bildirmək istərdim”-Vaaqn Xaçaturyan
Öncəki yazı
Şair Aslan Gorarxılının yubiley tədbiri keçirilib