Tbilisinin Muxiani qəsəbəsində yaralanma hadisəsi baş verib.
Əldə olan məlumata görə, hadisə səhər saatlarında baş verib və xəsarət alan şəxs başından yaralanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.