Pezeşkian və Netanyahu Azərbaycana səfər edəcək-Nələr gözlənilir?

38

Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian Bakıya gələcək. Bu dəfə Pezeşkianın  böyük heyətlə gəldiyi bildirilir və həm əvvəlki razılaşmaların icrası, həm yeni anlaşmaların imzalanması baxımdan əhəmiyyətli səfərdir. Səfəri maraqlı edən məqam isə bölgədə proseslərin ən önəmli dövründə olmasıdır.

Azərbaycan isə Şimal-Cənub, Araz dəhlizləri ilə İran üçün mühüm nəfəslik ola bilər. 110 nəfərdən ibarət iş adamı və investorun gəlişi də onun xəbərçisidir ki, olduqca vacib ticari, investisiya layihələri müzakirə ediləcək.

Qeyd edək ki, ikitərəfli münasibətlərin inkişafı barədə məsələlərlə yanaşı, regional mövzular da müzakirə ediləcək. Bildiyimiz kimi, Bakı Türkiyə və İsrail nümayəndələrini görüşdürdü. Eyni vasitəçiliyin İsrail və İran arasında da ola biləcəyi danılmazdır. Azərbaycan regionda dayanıqlı sabitlikdə maraqlıdır. Bölgə yalnız bu halda təhlükəsiz ola bilər və inkişaf edər. Maraqlıdır ki, Pezeşkianın səfəri ərəfəsində xəbər yayıldı ki, İsrailin baş naziri Benyamin Netanyahu tezliklə Azərbaycana səfər edəcək.

Bakı hər ikisini qəbul etməyə hazırdır. Eyni zamanda, Tehranla Tel-əviv arasında vasitəçi rolu oynaya bilər.

Görünən odur ki, Azərbaycan regional oyunçu statusu almağa başlayır. Netanyahu İranın vurulmasını istəyən hökumət başçısıdır, lakin ABŞ buna razı deyil. Trampın Azərbaycan prezidenti İlham Əliyevə son məktubunda isə Azərbaycanın İsraillə dostluğu xüsusi vurğulanır. Ona görə də Netanyahu Azərbaycana gəldikdə İranla bağlı düşüncələrini dəyişməsinə kömək etmək mümkündür. Təbii ki, onunla müzakirə ediləcək bir çox mövzu var – ikitərəfli əlaqələr, Türkiyə və Suriya, “İbrahim sazişləri”.

Beləliklə, Bakı iki düşmən tərəfi qəbul edir – Pezeşkian və Netanyahu.

Sonrakı yazı
“Gürcü Arzusu”-nun sədri İrakli Qaribaşvili partiyanı tərk edir
Öncəki yazı
Bütün dövlət məktəblərində riyaziyyat və fizika üzrə gücləndirilmiş kurikulum yaradılacaq-Aleksandr Tsuladze