Kaxetidə iki gündür axtarılan şəxs ölü tapılıb

106

Kaxetidə iki günlük axtarışdan sonra 54 yaşlı kişi ölü tapılıb.

Telavi bələdiyyəsinin Kisisxevi kənd sakini Merab Xutişvili yaşadığı evin zirzəmisində ölü tapılıb.

Yaxınlarının sözlərinə görə, onlar kişini asılmış vəziyyətdə tapıblar, lakin onun intihar etdiyinə inanmırlar.

” Atasının həyat yoldaşı onu zirzəmidə tapıb, amma biz onun intihar etdiyinə inanmırıq. Onun öldürüldüyünü, sonra da asıldığını düşünürük. Ümid edirik ki, polis bunu öyrənəcək”, – yaxınları deyirlər.

İki gün idi ki, Kisisxevi kəndində 54 yaşlı Merab Xutişvilini axtarırdılar. Axtarış prosesinə polis də cəlb olunmuşdu.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Papanın seçim prosesi: Bunu bilirsinizmi?
Öncəki yazı
Kaxetdə gənc oğlan qətlə yetirilib