Kaxetdə gənc oğlan qətlə yetirilib

162

Kaxetdə daha bir qətl – Qurcaani bələdiyyəsində bir nəfər öldürülüb.

Hadisə gecə saatlarında rayonun Çumlaki kəndində baş verib.

Yerli məlumata görə, 31 yaşlı Dimitri Cavaxişvili, ehtimal ki, qisas məqsədilə öldürülüb.

Qətl kəndin mərkəzində baş verib, yerli sakinlərdən biri gəncə bir neçə dəfə atəş açaraq qaçıb.

Atışma zamanı daha bir gənc yüngül yaralanıb. Ona Qurcaani xəstəxanasında müvafiq tibbi yardım göstərilib və artıq evə buraxılıb.

Kənddə qətlin tərəflər arasında keçmiş münaqişə ilə bağlı olduğu qənaətindədirlər.

İstintaq qətlin dəqiq səbəbini müəyyən edəcək.

Qəsdən adam öldürmə maddəsi yəni 108-ci maddə ilə istintaq başladılıb.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Kaxetidə iki gündür axtarılan şəxs ölü tapılıb
Öncəki yazı
Gənc oğlan güllələnərək qətlə yetirilib