20 aprel axşam saatlarında Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Əldə olan məlumata əsasən, qəza zamanı ağır xəsarətlər alan 20 yaşlı Kolayır kənd sakini Məhəmməd Bayramov xəstəxanada dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, ötən gün Marneuli-Bolnisi istiqamətində hərəkət edən “Opel” markalı avtomobil idarəetməni itirərək iki digər avtomobilə çırpılıb.
Qəza nəticəsində sürücü xəstəxanada dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər isə yüngül xəsarətlər alıb.
Mərhuma Allahdan rəhmət, yaxınlarına isə səbir diləyirik!