Daxili İşlər Nazirliyi təcili bəyanat yayıb

122

Daxili İşlər Nazirliyi təcili bəyanat yayıb.

“Daxili İşlər Nazirliyinin “112” İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə və Patrul Polisinin Vahid Xidmət Mərkəzinin qaynar xəttinə vətəndaşlar tərəfindən bir sıra telefon zəngləri daxil olub. Zəngin təşəbbüskarları bildirirlər ki, onlara Patrul Polis İdarəsinin rəisinin adına elektron poçt vasitəsilə naməlum məzmunlu mesajlar daxil olub. Vətəndaşların məlumatlandırılması üçün qeyd olunan mesajların Patrul Polis İdarəsinin rəisi tərəfindən göndərilmədiyini aydınlaşdırmaq istəyirik və onları aldatmamağa çağırırıq. Həmçinin bildiririk ki, qeyd olunan fakt müvafiq xidmət tərəfindən araşdırılacaq”, – deyə qurumun məlumatında deyilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Donald Trampdan Rusiya gəmiləri ilə bağlı qərar
Öncəki yazı
Marneuli- Sadaxlı magistralında avtomobil piyadanı vurub