Bolnisi bələdiyyəsinin Aşağı Qoşakilsə kəndində yenidən bərpa olunmuş tarixi məscidin açılış mərasimi baş tutub

189

Bolnisi Bələdiyyəsinin Aşağı Qoşakilsə kəndində əsası 1700- cü illərdə qoyulmuş, 20-ci əsrin əvvəllərində Sovet İttifaqı tərəfindən dağıdılmış və bu günlərdə bərpa olunmuş Həzrəti Ömər məscidinin açılış mərasimi baş tutub.

Gürcüstan Azərbaycanlıları Konqresi məscidə xüsusi olaraq hazırlanmış, Bəqərə surəsindən olan ayəni hədiyyə edib.

Hədiyyənin əhəmiyyəti isə qoruyucu funksiya daşımasıdır.

Məscid kəndin iş adamlarının sərmayəsi hesabına bərpa olunub.

Açılış mərasimində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov, Türkiyənin Gürcüstandakı səfirliyinin Diyanət işləri üzrə müşaviri Mahmud Göl, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Səudiyyə Ərəbistanın Gürcüstandakı nümayəndəsi Hacı Hüseyn, bərpa işlərində böyük əməyi olan Rayon bələdiyyə sədrinin müavini Rəsul Bəxtiyarov, bir çox bölgələrdən dəvət olunmuş ruhanilər, Saraçlı ərazi vahidliyinin ziyalıları, ağsaqqaları, xanımları və gəncləri iştirak ediblər.

Tədbir Bolnisi Bələdiyyəsinin merinin Saraçlı ərazi vahidliyi üzrə təmsilçisi Asif Vəliyev tərəfindən idarə olunub.

İştirakçıların əksəriyyəti öz təəssüratlarını QafqazTürk Media ilə bölüşərək, təbriklərini çatdırıblar.

Daha ətraflı məlumat üçün video-süjetimizi izləyə bilərsiniz.

 

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
İranın xarici işlər naziri həftənin sonunda Moskvaya səfər edəcək
Öncəki yazı
İsrail Qəzza zolağında hərbi əməliyyatları genişləndirməyi planlaşdırır