Nyu-Yorkda turist ailəsini daşıyan helikopterin Hudson çayına düşməsi nəticəsində üçü uşaq olmaqla altı nəfər dünyasını dəyişib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Nyu-York meri bildirib.
Merin sözlərinə görə, beş nəfərdən ibarət ailə İspaniyadan olub, ölən altıncı nəfər isə pilot olub. Onlardan 4-ü hadisə yerində, ikisi isə yerli xəstəxanalara çatdırıldıqdan sonra dünyasını dəyişib.Əldə olan məlumata görə, qurbanlar arasında Siemens-in icraçı direktoru Agustin Escobar, onun həyat yoldaşı və 3 övladları olub.
Faktla bağlı araşdırma aparılır.