Qiorqi Vaşadze və Nika Melia parlamentin Müvəqqəti İstintaq Komissiyasının bugünkü iclasına çağırılıb

165

“Strategiya Ağmaşenebeli” təşkilatının lideri Qiorqi Vaşadze və “Dəyişiklik naminə” koalisiyasının lideri Nika Melia Gürcüstan parlamentinin “ Vahid Milli Hərəkat”ın fəaliyyətini araşdıran müvəqqəti istintaq komissiyasının aprelin 11-də keçiriləcək iclasına çağırılıb.

Bunu Komissiyanın sədri Tea Çulukiani deyib.

Gündəliyə əsasən, bugünkü sessiyaya müxalifət siyasətçilərindən başqa Dodo Aprasidze, Soso Robakidze və Qiorqi Aprasidze dəvət olunub.

Sessiyada müzakirə olunacaq məsələlər bunlardır: 2003-2012-ci illərdə insan hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyət; 2012–2024-cü illərdə daxili və xarici siyasi proseslər; Amiran (Buta) Robakidzenin, həmçinin Evqeni Aprasidzenin və onun ailə üzvlərinin yaşamaq hüququnun pozulması faktları.

“Aprelin 11-də Qiorqi Vaşadze və Nika Melia çağırılıb, onların hər ikisinə bu məsələ məlumdur. Onlar komissiyaya çağırıldıqlarını bildiklərini təsdiqləyiblər. Bizə Amiran (Buta) Robakidzenin atası Soso Robakidze də dəvət olunub. Biz Aprasidzelərin məlum işini də dinləyəcəyik”, – Çulukiani deyib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Nyu-Yorkda helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub
Öncəki yazı
Türkiyə və İsrail rəsmiləri Azərbaycanda görüşüb – İlk razılaşma