Gürcüstanın baş naziri İrakli Kobaxidze aprelin 11-13-də Türkiyədə keçiriləcək Antalya Diplomatiya Forumunda iştirak edəcək.
Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, 2025-ci ildə keçiriləcək forumun əsas mövzusu “Parçalanmış dünyada diplomatiyanın bərpası”dır və artıq dördüncü dəfədir keçirilir.
“Antalya Diplomatiya Forumunda bir araya gələn dünya liderləri, siyasətçilər, elm adamları, biznes, media və vətəndaş cəmiyyəti nümayəndələri müasir dünyada diplomatiyanın üzləşdiyi problemləri müzakirə edəcək, diplomatiyanın rolu və əsas prinsipləri, münaqişələrin həlli alətləri və vasitəçilik strategiyalarını müzakirə edəcəklər.
Baş nazir İrakli Kobaxidze xarici işlər naziri Maka Boçorişvili ilə birlikdə Antalya Diplomatiya Forumunda iştirak edəcək”, – məlumatda deyilir.