Dmanisi bələdiyyəsinin Yuxarı Oruzman kəndində meriya tərəfindən 250 nəfərlik iftar süfrəsi təşkil edilib.
İftarda Dmanisi meri Koba Muradişvili başda olmaqla, bır sıra dövlət və din nümayəndələri, o cümlədən Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, ziyalılar, QafqazTürk Media kollektivi, kənd sakinləri və qonaqlar iştirak ediblər.
Azanın oxunması ilə başlanan iftarda dualar və dini söhbətlər yer alıb.
Dmanisi meriyası tərəfindən hədiyyələr təqdim olunub.
Qonaqlar öz təəssüratlarını mediamızla bölüşüblər.
Hər birini ayrı-ayrılıqda sizlərə təqdim edəcəyik.
Biz də öz növbəmizdə xalqımıza əmin-amanlıq arzulayır, belə gözəl təşkilatçılığı görə Dmanisi meriyasına öz təşəkkürümüzü bildiririk.
Allah qəbul etsin.