Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bu ilin iyunun 1-də vəzifəsindən geri çağırılacaq.
QafqazTürk Media xəbər verir ki, bununla bağlı Teleqraf məlumat yayıb.
Gürcüstan Baş naziri İrakli Kobaxidze sözügedən məsələ ilə bağlı fərman imzalayıb.
Fərman təsdiqlənməsi üçün Gürcüstan Prezidenti Mixail Kavelaşviliyə təqdim olunub.
Qeyd edək ki, Z.Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiridir. Ötən ilin dekabrında səfirin səlahiyyət müddəti bu ilin aprelin 1-dək uzadılmışdı.