Gürcüstan Azərbaycanlıları Konqresi bəyanat yayıb:
“Dünən, martın 23-də B.Payçadze adına “Dinamo” stadionunda hamımızın qürur qaynağımız olan ölkəmizin milli futbol komandası Ermənistan millisini qəbul edirdi. Qonaq komandanın tamaşaçıları arasında, təəssüflər olsun ki, provakatorlar da yer alırdı. Həmin provakatorlar separatçı erməni qurumlarının bayraq adlandırdığı bezləri dalğalandırırdılar. Gürcüstan ərazisində bu cür provakasiyalarla məşğul olanları qətiyyətlə qınayırıq. Dövlətimizin lazımi ölçüləri götürəcəyinə inanırıq.
Qalib milli futbolçularımıza eşq olsun!”
Hüseyn Yusubov
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri