Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ordusunun Kurskda əməliyyatının bitdiyini bəyan edib.
Rusiya mətbuatına əsasən, bu addım Ukrayna ordusunun nəzarətindəki Suca şəhərinin Rusiya ordusu tərəfindən azad olunmasından sonra atılıb.
Martın 14-də Ukrayna lideri jurnalistlərə açıqlamasında Kursk vilayətindəki əməliyyatın məqsədinin Rusiyanın Pokrovsk, Xarkov və Sumı istiqamətlərindən qoşunlarını çəkməsi olub:
“Məncə əməliyyat məqsədinə çatıb”.
Xatırladaq ki, Ukrayna ordusu Kursk vilayətinə 2024-cü ilin avqustunda hücum edib. Nəticədə vilayətin bir hissəsi, o cümlədən 5 min əhalisi olan Suca şəhəri Ukrayna ordusunun nəzarətinə keçib.
Zelenski bundan öncə Kursk vilayətində ələ keçirilən ərazilərin Rusiya ilə digər işğal olunmuş ərazilərin mübadiləsi üçün istifadə ediləcəyini açıqlayıb.