Tbilisidə Novruz bayramına həsr edilmiş təntənəli tədbir keçirilib

52

Tbilisidə Novruz bayramına həsr edilmiş təntənəli tədbir keçirilib.

Tədbirin təşkilatçıları jurnalist Ramilə Əliyeva və dostları olub.

Tədbir Xurcun restoranında baş tutub, süfrə açılıb.

Tədbirdə Gürcüstanın azərbaycanlılar yaşayan bütün bölgələri təmsil olunurdu.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin vitse-spikeri Sozar Subar, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Marneuli meri Kənan Ömərov, Dmanisi meri Koba Muradaşvili və Kaspi meri Vaxtanq Maisuradze, parlament deputatı İsaak Novruzov, Ruslan Hacıyev, Ombudsman Levan İoseliani, Gürcüstanın barışıq və bərabərlik üzrə dövlət nazirinin birinci müavini Lia Qiqauri, Region rəhbərləri, icma nümayəndələri, “Azərbaycan Evi” nin direktoru Məhəbbət İmanov, Mirzə Fətəli Axundov muzeyinin rəhbərliyi, ziyalılar, aşıqlar, şairlər və gənclər iştirak ediblər.

Şairlərdən Səadət Buta, aşıqlardan Kamandar Lətifoğlu, ustad aşıq Bafalı Adıgözəlov və Nargilə Mehdiyeva iştirak ediblər.

Çıxış edənlər iştirakçılara öz təbriklərini və arzularını çatdırıblar.

Tədbirdə tar ifaçısı Ramin Pirməmmədov, “Ceyran” rəqs qrupu və “Bez” teatrının balaca aktyorları, tanınmış musiqiçilər çıxış ediblər.

Sonda milli musiqilər fonunda bayram tonqalı qalanıb, rəqs proqramları ilə tədbir yekunlaşıb.

Qeyd edək ki, 18 mart saat 12-də Dmanisidə Novruz bayramı tədbiri keçiriləcək, 21 martda isə Marneulidə təntənəli konsert tədbiri planlaşdırılır. Qardabanidə də Novruz bayramına həsr edilmiş tədbir keçiriləcək və dəqiq vaxt barədə məlumat verəcəyik .Ümid edirik ki, Bolnisidə də belə bir  tədbir keçiriləcək.

Belə yüksək səviyyədə təşkil edilmiş tədbirə görə təşkilatçılara öz təşəkkürümüzü bildiririk. Allah ruzilərini bol etsin, var olsunlar.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Sürücü maşını etirazçıların üzərinə sürüb
Öncəki yazı
Tramp da təsdiqlədi: İŞİD lideri məhv edildi