ABŞ-ın 47-ci prezidenti Ağ Evdə Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi ilə görüşüb. Tərəflər arasında aparılan müzakirədə dünyada və NATO-ya üzv ölkələrdə baş verən aktual hadisələrə toxunulub.
Görüşdən sonra Tramp Vladimir Putinin Ukraynada atəşkəslə bağlı açıqlamasına cavab verib. ABŞ prezidenti deyir ki, Putinin sözləri ümidvericidir və indi davamlı sülhün bərqərar olması üçün təsirli addımlar atmaq lazımdır.
Tramp Kreml lideri ilə şəxsi ünsiyyət qurmaq istədiyini bildirib.