Benyamin Netanyahu Macarıstana səfər edəcək

19

Benyamin Netanyahu yaxın vaxtlarda Macarıstana səfər edəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

“Mövcud planlara görə, o, Pasxadan əvvəl gələcək. Səfərin tarixi təsdiqlənən kimi, əlbəttə ki, təhlükəsizlik tədbirlərini nəzərə alaraq, elan edəcəyik”, – deyə Güləş bildirib.

Məlumat üçün bildirək ki, 21 noyabr 2024-cü il tarixində Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu, keçmiş müdafiə naziri Yoav Qalant və “HƏMAS” lideri İbrahim əl-Masrinin müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətdiyinə görə həbs edilməsinə order verib. Macarıstanın baş naziri Viktor Orban Beynəlxalq Cinayət Məhkəməsinin qərarını kinli adlandırıb və İsrailin baş nazirini Macarıstana dəvət edib. Bundan əlavə, Orban qeyd edib ki, Macarıstan Haaqa məhkəməsinin Netanyahunun həbsinə dair qərarına əməl etməyəcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
14 mart tarixinə olan valyuta məzənnəsini təqdim edirik
Öncəki yazı
Donald Tramp Avropa İttifaqını şərab və digər spirtli məhsullara 200% rüsum tətbiq etməklə hədələyir