Region ölkələri Suriyadakı vəziyyətlə bağlı məsuliyyəti öz üzərlərinə götürməlidir.
QafqazTürk Media xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan İordaniya, Livan, İraq, Türkiyə və Suriya XİN rəhbərləri arasında Əmmanda keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son günlərdə baş verən təxribatlar Suriyanı öz yolundan döndürmək cəhdləridir:
“Region ölkələri lazımi addımları atmalıdır. Suriya hökumətinin həftələrdir ki, apardığı siyasi kursun son günlərdə təxribatlarla “relsdən çıxarmağa” çalışıldığını müşahidə edirik”.
Fidan qeyd edib ki, Ankaranın regionda prioriteti PKK terror qruplaşmasının tamamən məhv edilməsidir.