• 10 Mart 2025 18:12

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Vətəndaş müharibəsinə imkan verməyəcəyik – Şara

ByTürkan Şahverdova

Mar 10, 2025
Another advertisement

Sriyanın yeni hakimiyyəti heç bir xarici qüvvənin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.

QafqazTürk Media xəbər verir ki, bunu Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara son qarşıdurmaları şərh edərkən deyib.

“Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir”, – o bildirib.

Qeyd edək ki, 6 martdan Latakiya-Tartus ərazisində Əsəd tərəfdarları ilə hökumət qüvvələri arasında şiddətli toqquşmalar başlayıb.