• 10 Mart 2025 10:48

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Hacı Faiq Nəbiyev Kolayır kəndində yeni məscidin tikintisi münasibətilə kənd sakinlərini təbrik edib

ByTürkan Şahverdova

Mar 9, 2025
Another advertisement

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev Kolayır kəndində olub və yeni məscidin tikintisi münasibətilə kənd sakinlərini təbrik edib.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Parlamentin üzvü Davit Şerazadişvili və bir sıra rəsmi şəxslər Bolnisi Bələdiyyəsinin Tsurtavi (Kolayır) kəndində yerli sakinlərlə görüş keçiriblər.

QafqazTürk Media xəbər verir ki, görüşdə Şeyx və hökumət nümayəndələri sakinləri Ramazan ayı münasibəti ilə təbrik edib və kənddə yeni tikiləcək məscidlə bağlı məlumat veriblər.

Görüşdə çıxış edən kəndin axundu Məhəmməd Hüseynov bildirib ki, məscidin tikintisinə yaxın zamanda başlanılacaq. O, həmçinin qeyd edib ki, Kolayır kəndinin sakini, iş adamı Hüseynov Fizuli Əfqan oğlu məscidin tikintisi üçün ilkin olaraq 25 min dollar ianə edib, geridə qalan hissəsi isə Gürcüstan Müsəlmanları İdarəsinin və kənd sakinlərinin maddi dəstəyi ilə davam etdiriləcək.

Şeyx Hacı Faiq Nəbiyev görüş zamanı qeyd edib ki, uzun zamandır üzərində işlənilən artıq bir neçə məscidin və gənclər inkişaf mərkəzlərinin inşası ilə bağlı icazə alınıb. O, həmçinin bildirib ki, Marneuli şəhərindəki mövcud İmam Rza (ə) adına mədrəsənin inşası da başa çatdırılıb və yaxında açılış mərasimi baş tutacaq.

Məscidin tikintisi ilə bağlı məsələni həll etdiyinə görə, Hacı Faiq Nəbiyev öz təşəkkürümüzü bildiririk.