• 10 Mart 2025 00:42

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Adın Şərəflidir Sənin, Ey Qadın!

ByTürkan Şahverdova

Mar 8, 2025
Another advertisement

Bu gün Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.

Konqresin sədri Hüseyn Yusubov təntənəli tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını səmimi salamlayıb, dəvəti qəbul edib gəldikləri üçün həm təşəkkür, həm də təbrik edib. Hüseyn müəllimin çıxışından bəzi məqamları diqqətinizə çatdırırıq:

– Biz qadınlarımıza hər zaman ehtiram bəsləyirik. Onların ana haqqını, bacı haqqını, ömür-gün yoldaşı haqqını uca tuturuq. Müqəddəs ailə dəyərlərimizə, milli-mənəvi dəyərlərimizə dərin sədaqət bəsləyən, yaşından asılı olmayaraq, bütün qadınlarımızı ürəkdən təbrik edirik! Lakin qadın təkcə evdə aşpaz, ya da paltaryuyan maşını əvəz edən mexanizm də deyil! Hər birimiz ailələrdə elə şərait yaratmalıyıq ki, qadınların maddi asılılığı olmasın! Cəmiyyət də elə şərait yaratmalıdır ki, onlar həyatda istədikləri səviyyəsində yer tutub, uğur qazana bilsinlər! Onlar əslində gələcəyin memarıdırlar!

Qadın bir mələkdir, zəriflik simvoludur. Müsəlman Şərqinin qadınları arasında məhz azərbaycanlı qadınlar təhsil, elm, mədəniyyət sahəsində ilk azad addım ataraq adlarını tarixə həkk etmişlər. Fəxr edirik ki, indiki gənc xanımlarımız da, lap elə sizin timsalınızda bu ənənələri etibarla yaşadır, qoruyur, ilk azadlıq carçılarının ziyalılıq yolunu uğurla daha ucalıqlara daşıyırlar.

Həm öz adımdan, həm də kollektivimiz adından ölkəmizin bütün qadınlarını, həm də sizi, sizin şəxsinizdə ailələrinizdəki və çalışdığınız kollektivlərdəki xanımları bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm! Hamınıza cansağlığı, səadət və işlərinizdə uğurlar diləyirəm!

Yaz havası, yaz ovqatı, zəriflik, sevgi, əzmkarlıq, ümid bolluğu sizinlə olsun!

Tədbirin sonunda bayram süfrəsi açılıb və iştirakçı xanımlara çiçəklər hədiyyə edilib.