Another advertisement
Fransanın müdafiə naziri Sebastien Lekornu gələn həftə Böyük Britaniya, Almaniya, İtaliya və Polşanın müdafiə nazirləri ilə Ukraynaya dəstəyi müzakirə etmək üçün görüş keçirəcək.
KİV-in məlumatına görə, çərşənbə günü Parisdə beş nazirin görüşü keçiriləcək.
“ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmaq qərarını nəzərə alaraq, nazirlər Kiyevə dəstək üçün ölkələrimizin hərəkətlərinin əlaqələndirilməsini müzakirə edəcəklər”, – müdafiə naziri Sebastien Lekornuya yaxın mənbə bildirib.