Another advertisement
Qoridəki “Yeni Bağ” adlı mədəniyyət və istirahət parkında yerləşən süni göldə yaşlı kişinin meyiti tapılıb.
Səhər saatlarından hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə araşdırma aparılır.
Əldə olan məlumata görə, kişinin cəsədi müəyyən edilib və o, 70 yaşlarındadır.