Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Türkmənistana rəsmi səfəri başlayıb.
Bu barədə məlumatı hökumət administrasiyasının mətbuat xidməti yayıb.
Həmin məlumata görə, Aşqabad beynəlxalq hava limanında Gürcüstanın baş nazirinin qarşılanma mərasimi keçirilib. Hökumət başçısını Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərqulu Ataquliyev qarşılayıb. R
əsmi səfər çərçivəsində sabah İrakli Kobaxidzeni Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov təkbətək görüş üçün qəbul edəcək.
Gürcüstan baş nazirinin birinci müavini və Türkmənistan Nazirlər Kabineti sədrinin müavininin rəhbərliyi ilə Gürcüstan və Türkmənistan hökumət üzvləri arasında geniş formatda danışıqlar aparılacaq, bundan sonra sektor qurumları arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanacaq.