• 06 Mart 2025 15:54

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Polşada 1895 gürcüstan vətəndaşı həbs edilib – yerli polis yenilənmiş statistikanı dərc edir

ByTürkan Şahverdova

Mar 6, 2025
Another advertisement

Polşa polisinin məlumatına görə, təkcə 2024-cü ildə Polşada 1895 gürcüstan vətəndaşı həbs edilib.

Onlardan 136 gürcüstan vətəndaşı məhkəmə qərarı ilə həbsdədir. 2024-cü ilin sonuna kimi göstərilən statistikaya əsasən isə Polşa həbsxanalarında 322 gürcü saxlanılır.

Təkcə ötən il sərhədçilərin qərarı ilə 2589 Gürcüstan vətəndaşı Polşadan çıxarılıb.

Quldurluq, oğurluq, narkotik və silah alveri – bu, Polşanın müxtəlif şəhərlərində gürcüstan vətəndaşlarının saxlanmasına səbəb olan əsas cinayətlərin siyahısıdır.