• 04 Mart 2025 01:51

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

ABŞ Maliyyə Naziri: Ukraynanın faydalı qazıntıları üzrə saziş hələ müzakirə olunmur

ByTürkan Şahverdova

Mar 3, 2025
Another advertisement

ABŞ-ın maliyyə naziri Skott Besant deyir ki, Ukraynanın nadir torpaq minerallarına çıxışla bağlı razılaşma hələlik gündəmdə deyil.

“Prezident Zelenskinin nə düşündüyünü bilmirəm. Bazar ertəsi Fransa prezidenti Emmanuel Makronla, cümə axşamı baş nazir Keir Starmer ilə möhtəşəm görüşümüz oldu. Hər kəs sülh sazişi ilə irəliləməyi dəstəklədi”, – maliyyə naziri müsahibəsində qeyd edib.

Besentin sözlərinə görə, Zelenski iki ölkə arasında əməkdaşlığı dərinləşdirə biləcək iqtisadi saziş imzalamalı idi, lakin bu baş tutmadı.