• 04 Mart 2025 01:25

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Bayramınız mübarək, əziz analar!

ByTürkan Şahverdova

Mar 3, 2025
Another advertisement

Bu gün, martın 3-də ölkəmizdə Analar Günü bayramıdır.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqaz Türk Media ailəsi olaraq, vətənimiz Gürcüstanın bütün analarını: nazirindən, şairindən tutmuş, evdar xanımına qədər hər birini ürəkdən təbrik edirik! Onlara cansağlığı, ailə səadəti, sevinc dolu ömür diləyirik! Hələlik övlad üzünə həsrət xanımlara da körpə qığıltısı, körpə nəfəsi arzulayırıq!

Müqəddəs varlıq olan anaların, həmişə borclu olduğumuz anaların nə özlərinə, nə də bayramlarına alternativ yoxdur, ola da bilməz!

Ölkəmizin ən böyük memarları, ən böyük qurucuları onlardır!

Unudulmaz gənc şairimiz İsa Sadiq demiş:

Ana! Ana dedim… Sənin həyatın,

Bənzəyir tükənməz, dərin ümmana!

Ana! Ana dedim… Müqəddəs adın,

Nə şeirə sığışır, nə də dastana!