• 01 Mart 2025 03:11

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi “Gender bərabərliyi haqqında” qanuna dəyişiklikləri müzakirə edib

ByTürkan Şahverdova

Fev 28, 2025
Another advertisement

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi “Gender bərabərliyi haqqında” qanuna dəyişiklikləri müzakirə edib.

Prosessual Məsələlər və Qaydalar Komitəsinin sədri Davit Matikaşvilinin sözlərinə görə, qanunun adında və mətnində “gender bərabərliyi” ifadəsi “qadınlar və kişilər arasında bərabərlik” ifadəsi ilə əvəz olunur.

“Qadınlar və kişilər arasında bərabərlik” insan hüquqlarının bir hissəsi kimi şərh ediləcək, bu, bərabər hüquqlar, vəzifələr, məsuliyyətlər və şəxsi və ictimai həyatın bütün sahələrində qadın və kişilərin bərabər iştirakını nəzərdə tutur”, – Davit Matikaşvili bildirib.

Komitə qanun layihəsini dəstəkləyib.