Avropa Şurasının prezidenti Antonio Kosta Ukrayna prezidenti Vladimir Zelenskini Aİ Liderlər Sammitinə dəvət edib.
QafqazTürk Media xəbər verir ki, Avropa Şurasının sədri məktubda bildirib.
Martın 6-da keçiriləcək sammitdə Avropanın müdafiə və Ukrayna məsələləri müzakirə olunacaq.
Antonio Kosta yazır ki, sammitdə Avropanın “daha suveren, daha bacarıqlı, hazırkı və gələcək təhlükəsizlik problemləri ilə üzləşməyə daha yaxşı hazırlaşması” üçün yaxın gələcəkdə ilk qərarların qəbulu müzakirə olunacaq.
Ukraynaya gəlincə, məktubda qeyd olunur ki, ona hərtərəfli, ədalətli və davamlı sülhə gətirib çıxarmalı olan “yeni təkan” lazımdır.
“Ona görə də Ukraynaya necə dəstək verəcəyimiz və gələcəkdə hansı prinsiplərə əməl etməli olduğumuz barədə fikir mübadiləsi aparmaq bizim üçün vacibdir. Avropa İttifaqı və ona üzv dövlətlər Avropanın təhlükəsizliyi üçün daha böyük məsuliyyət götürməyə hazırdırlar. Ona görə də biz Ukraynada davamlı sülhün təmin edilməsi üçün zəruri olacaq təhlükəsizlik zəmanətlərinə Avropanın mümkün töhfəsinə hazır olmalıyıq. Mən prezident Zelenskini son hadisələri birlikdə müzakirə etmək üçün Avropa Şurasının iclası münasibətilə Brüsselə dəvət etdim”, – Antonio Kosta yazıb.