• 26 Fevral 2025 21:42

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Kutaisi Beynəlxalq Hava Limanı bəyanat yayıb

ByTürkan Şahverdova

Fev 26, 2025
Another advertisement

Kutaisi Beynəlxalq Hava Limanı tam şəkildə təqdim etdiyimiz bəyanat yayıb:

“Səyahətçilərin nəzərinə!”

Gürcüstanın qərbində güclü qar yağması və əlverişsiz hava şəraiti səbəbindən Abu- Dabi-Kutaisi reysi Tbilisi Beynəlxalq Hava Limanına istiqamətləndirilib.

Daha sonra boş olan təyyarə Kutaisi hava limanına enib və bu gün saat 18:00-da yola düşəcək. Bu reysin bütün sərnişinləri oteldə yerləşdiriləcək.

Kutaisidə nəqliyyatın hərəkəti çətinləşdiyindən avtobuslar şəhərdən hava limanına və əksinə işləyir.

Təyyarənin bütün buzlanma əleyhinə prosedurları Kutaisi Beynəlxalq Hava Limanında həyata keçirilir. Həmçinin uçuş-enmə zolağı və taksi yolları buzlanma əleyhinə xüsusi maye ilə təmizlənir.