• 25 Fevral 2025 20:15

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Qərbi Gürcüstanda güclü qar yağmasından zərər çəkmiş əhaliyə yardım göstərmək məqsədilə müdafiə qüvvələri cəlb olunacaq

ByTürkan Şahverdova

Fev 25, 2025
Another advertisement

Qərbi Gürcüstanda güclü qar yağmasından zərər çəkmiş əhaliyə yardım prosesinə müdafiə qüvvələri cəlb olunacaq. Müvafiq fərmanı Gürcüstanın baş naziri İrakli Kobaxidze verib.

“Pis hava şəraitinin yaratdığı çətinlikləri aradan qaldırmaq üçün yerli hökumət nümayəndələri və müvafiq xidmətlər fövqəladə rejimdə işləyirlər ki, əhalinin ehtiyacları ən qısa müddətdə ödənilsin”, – hökumət administrasiyası bildirib.